AZ

Əfqanıstanın Baqram aviabazasının yaxınlığında partlayış olub

Əfqanıstanın Pərvan vilayətindəki Baqram aviabazasının nəzarət buraxılış məntəqəsi yaxınlığında partlayış baş verib.

APA xəbər verir ki, bu haqda “Afgan International” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, partlayış hərbi obyektin şərq tərəfi yaxınlığında baş verib.

Hadisənin səbəbi dəqiqləşdirilməyib. Mənbə əlavə edib ki, bomba zərərsizləşdirilməsi üzrə ekspertlər tapılan partlayıcıları nəzarətli şəkildə işə salıblar.

Telekanal qeyd edir ki, insident ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Baqram aviabazasını geri almaq niyyəti ilə bağlı bəyanatları fonunda baş verib.

Seçilən
32
1
apa.az

2Mənbələr