AZ

Çində yeni virus qorxusu:

Çinin Guangdong əyalətinə aid Jiangmen şəhərində, ağcaqanadlar vasitəsilə yayılan “Chikungunya” qızdırması hallarının artması səbəbindən 3-cü səviyyəli ictimai sağlamlıq fövqəladə vəziyyəti elan edilib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin cənubundakı Guangdong əyalətinin Jiangmen şəhərində ağcaqanadlar vasitəsilə yayılan virusun səbəb olduğu “Chikungunya” qızdırması hallarının sayı 1714-ə yüksəlib. Bildirilib ki, bölgədə səhiyyə orqanları epidemiya ilə əlaqədar 3-cü səviyyəli “ictimai sağlamlıq fövqəladə vəziyyəti” elan ediblər. Jiangmen şəhərində 19 sentyabr tarixinədək 1714 hal qeydə alınıb, bütün halların yüngül formada olduğu, ağır xəstə və ölüm faktının müşahidə edilmədiyi qeyd olunub.

Ağcaqanadlar vasitəsilə yayılan eyni adlı virusun səbəb olduğu “Chikungunya” xəstəliyi əsasən qızdırma və oynaq ağrıları ilə özünü göstərir. Xəstəlik həmçinin oynaqlarda şişkinlik, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgilərinə səbəb ola bilər.

Seçilən
49
metbuat.az

1Mənbələr