Füzuli. Trend:
Füzuli rayonunda baş verən zəncirvari qəzada 4 nəfər xəsarətalıb.
Trend-in Qarabağbürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun YuxarıYağlıvənd kəndi ərazisində baş verib. Hərəkətdə olan "KİA" və 2"Mercedes" markalı avtomobil toqquşub.
Baş verən qəza zamanı xəsarət alanlar, Beyləqan rayon BirinciŞahsevən kənd sakinləri 2003-cü il təvəllüdlü Əmirzadə Fərid Fəxrioğlu, 2002-ci il təvəllüdlü İbrahimov Füzuli Sədrəddin oğlu, Füzulirayon Bala Bəhmənli kənd sakini 1969-cu il təvəllüdlü NiyazovaKübra Oruc qızı və Füzuli rayon Böyük Bəhmənli kənd sakini 1992-ciil təvəllüdlü Mirzəyev Cavid Koroğlu oğlu müxtəlif dərəcəli xəsarətalaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Daxil olan yaralılara ilkin tibbi yardım göstərilib. Vəziyyətiağır olduğundan İbrahimov Füzuli Sədrəddin oğlunun müalicəsimüvafiq şöbədə davam etdirilir. Digər xəsarət alanlar isə müalicəvə müayinə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.