1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində KİA və "Mercedes" markalı avtomobillər toqquşub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza zamanı rayonun Bala Bəhmənli kənd sakini Kübra Oruc qızı Niyazova və Böyük Bəhmənli kənd sakini Cavid Koroğlu oğlu Mirzəyev, habelə Beyləqan rayonunun Birinci Şahsevən kənd sakinləri, Fərid Fəxri oğlu Əmirzadə və Füzuli Sədrəddin oğlu İbrahimov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.