AZ

İlin son Günəş tutulması başa çatdı - YENİLƏNDİ

İlin ikinci və son Günəş tutulması başa çatıb.

News24.az  xəbər verir ki, bu, qismən tutulma olub. Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub.

Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyib.

***

21:37

Bu ilin ikinci və son Günəş tutulması başlayıb.

News24.az-ın xəbərinə görə, bu, qismən tutulmadır.

Təbiət hadisəsi sentyabrın saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma 4 saat 22 dəqiqə davam edəcək. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyəcək. (Report.az)

Seçilən
108
35
news24.az

10Mənbələr