AZ

Məktəbdə fond pulu yığılması iddiası ilə bağlı növbəti "watsapp" yazışmalarıVİDEO

Bir sinifdə 31 şagirddən 17-si müəlliməni təbrik etməyə hazırdır... Hər şagird bu təbrik üçün 50 manat ödəməlidir... Bu puldan məktəbin mühafizəçisinə 10, fonda isə 3 manat ayrılacaq... Ümumilikdə, 800 manat pul verilməlidir...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın 153 saylı orta məktəbinin valideyn qurupundakı vatsap yazışmalarındandır. Yazışmaları "Xəzər Xəbər"in vatsap qaynar xəttinə valideynlər göndəriblər.

153 saylı məktəbin 5-ci sinif şagirdlərinin valideynlərinə aid olan bir yazımada isə vəziyyət daha da acınacaqlıdır. Valideynlərdən biri carəsiz halda 4 övladının məktəbdə təhsil aldığını və bu məbləği verə bilmədiyini bildirir.

Valideynlər iddia edirlər ki, həmin vatsap qrupunda elə həmin sinifin rəhbəri Aytac müəllimə də var və baş verənlərdən xəbərdardır.

Digər valideyn də iddia edir ki, 31 şagirddən sinif rəhbəri Beynəlxalq Müəllimlər Günü münasibətilə özünün və rus dili müəlliməsinin fərdi təbrik edilməsini tələb edib.

Valideynlərin iddiası ilə bağlı 153 saylı məktəbin 5-ci sinif rəhbəri Aytac Orucova ilə əlaqə saxladıq. O, valideynlərin “vatsap” qrupunda olduğunu təsdiqlədi. Amma, orada Beynəlxalq Müəllimlər Günü münasibətilə vəsait toplanması məsələsindən xəbərsiz olduğunu dedi. Bir sözlə, valideynlərin öz təşəbbüsü olduğunu bildirdi. Aytac Orucova onu da qeyd etdi ki, valideynlərə onlardan heç bir təbrik gözləmədiyini deyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, paytaxtdakı 153 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr