AZ

Milli komandamızın sabiq üzvü: Şuşa klubunda maliyyə o qədər də yaxşı deyil MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futzal üzrə Azərbaycan milli komandasının sabiq üzvü, bir neçə gün əvvəl “Şuşa” ilə müqavilə imzalayan Namik Məmmədkərimov Sportal.az saytına müsahibəsində komandasının hədəflərindən bəhs edib. 

- Bu mövsümdən "Şuşa"da çıxış edəcəksən. Komandaya keçidin necə alındı və "Şuşa"da gözləntin nədən ibarətdir?

- "Şuşa"dan təklif gəldi, dedilər ki, komandamızda təcrübəli oyunçuya ehtiyac var və götür-qoy elədik, danışdıq və sonda razılaşdıq. Mən də futzaldan zövq alığım üçün fikirləşdim və 1 illik müqavilə imzaladım. 

- Komandanın qarşısına hansı hədəflər qoyulub? Heyət olaraq komplektləşə bilmisiz?

- "Şuşa" artıq 2 ildir ki, çempionatda çıxış edir. Cavan və təcrübəli oyunçular var. Əzmkar və döyüşkən komandamız var. Hədəfimiz isə yüksək yerler tutmaqdır. “Şuşa” adına layiq oyun nümayiş etdirəcəyik.

- Çempionatın ən təcrübəli oyunçularındansan. Yəqin ki, yaş məsələsi sənə yeni mövsümdə də yüksək liqada istədiyin kimi çıxış etməyə mane olmayacaq?

- Düzdür, yaş öz sözünü deyir. Amma yenə məşq prosesi zamanı daha çox məşq etməyə çalışırıq. Allahın köməkliyi ilə bu yaşda da öz oyunumuzu göstərərik. Təki, zədədən uzaq olaq.

- "Şuşa"nın maliyyə məsələsi nə yerdədir? Sizi razı salan maliyyə var?

- "Şuşa" klubunda maliyyə o qədər də yaxşı deyil. İnanıram ki, gələcəkdə yeni iş adamları, əlavə sponsorlar cəlb olunacaq. Dediyim kimi, yeni komandayıq. Sponsorlar “Şuşa”ya bacardıqları qədər köməklik etsinlər. İnanıram ki, zamanla o da olacaq.

- Son illərdə Azərbaycan futzalında geriləməni nə ilə əlaqələndirirsən? Səncə, millimiz üçün yerli oyunçular yetişir və qarşıdakı ilər üçün perspektiv var?

- Mili komandalarda legionerlərə qarşı çıxdılar. Bu da sevindirici haldır. Yerli uşaqlar üçün şans və motivasiya birə-beş artır. İndi qalır, özlərini yaxşı tərəfdən göstərsinlər. Yaxşı yerli oyunçular var, amma bir az tənbəllik də var(gülür). Amma yenə də aşağı yaşlar üçün futzal məktəbləri olsa, lap əla alınar. Məhz bu halda, gələcəyə perspektiv vəd eləmək olar. Üstəlik, komandaların sayı çox olsa, yaxşıdır. İnanıram ki, futzalımız əvvəlki illərdə olduğu kimi, öz maraqlı oyunlarını və aktuallığını geri qaytaracaq. Biz futzalı xalq olaraq sevirik.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
sportal.az

2Mənbələr