AZ

Londona uçan təyyarə Bakıda eniş etdi

Londona uçan təyyarə Bakıda eniş edib.

 

“EVA Air” aviaşirkətinə məxsus və Bankonq — London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

 

Bu barədə Heydər Əliyev Hava Limanının Mətbuat Xidmətindən bildirilib.

 

Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

 

Boeing 777 tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

 

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Tarix: 21 Sentyabr 2025, 20:04   
Seçilən
28
50
pravda.az

10Mənbələr