AZ

Gədəbəydə avtomobil qardaş və bacını vurub

Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən V.Qəhramanlını və onun bacısı G.Qəhrmanlını vurub.

Onlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
19
operativmedia.az

10Mənbələr