Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
"Niva" markalı minik maşını yolu keçmək istəyən V.Qəhramanlını və onun bacısı G.Qəhrmanlını vurub. Onlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.