ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Fransa Liqa 1-in 5-ci turunda keçiriləcək “Marsel” – PSJ oyununun yeni vaxtı açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma sentyabrın 22-də, bazar ertəsi Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Əvvəlcə görüş sentyabrın 21-də keçirilməli idi, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Qeyd edək ki, həmin gün "Qızıl Top" mükafatının təqdimetmə mərasimi də baş tutacaq. PSJ-nin 8 futbolçusu namizədlər sırasında yer alıb. Onlardan biri – qapıçı Canluici Donnarumma artıq “Mançester Siti”yə transfer olunub. Komandanın hücumçusu Usman Dembelenin isə əsas favoritlərdən biri olduğu bildirilir. Təqdimat mərasimi Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.