AZ

Pezeşkian ABŞ-yə gedir

İran prezidenti Məsud Pezeşkianın çərşənbə axşamı Nyu-Yorka səfəri planlaşdırılır.

"Unikal" xəbər verir ki, bu barədə İran prezidentinin siyasi müşaviri Mehdi Sənai bildirib. O qeyd edib ki, İran prezidenti Tehranda yeni dərs ilinin açılış mərasimində iştirak etdikdən sonra Nyu-Yorka səfər etməyi planlaşdırır.

Pezeşkian BMT Baş Assambleyasında çıxış edəcək.

Səfər çərçivəsində onun dövlət başçıları ilə ikitərəfli görüşləri, BMT-nin baş katibi Antonio Quterreşlə danışıqları, beyin mərkəzlərinin, beynəlxalq təşkilatların, İran diasporunun nümayəndələrinin iclaslarında iştirakı da gözlənilir.

Seçilən
20
unikal.az

1Mənbələr