AZ

Sel suları Astarada kəndlərin yolunu yudu

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən axşamdan cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun ucqar dağ kənd yollarında daşqınlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, leysan yağışı rayonunun əsasən dağ kəndləri olan Ojəkəran və Tüləgivan kəndlərində müşahidə olunub.

Belə ki, dağlardan gələn sel suları bu kəndlərin yollarını yuyub.

Kənd sakinlərinin sözlərinə görə, hazırda kəndlərdə leysan yağış qismən səngiyib.

Surxay Şahbazov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
8
qafqazinfo.az

9Mənbələr