AZ

Formula 1 : Maks Ferstappendən ilk açıqlama

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" pilotu Maks Ferstappen yarışla bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, niderlandlı sürücü mübarizə aparmağın asan olmadığını bildirib.

O, son mərhələlərin komandası üçün möhtəşəm alındığını vurğulayıb:

"Bu, 2023-cü ildəki yarışa bənzəyirdi. Amma bu həftəsonu bizim üçün inanılmaz oldu. Qalib gəlmək sadəcə möhtəşəmdir. Bolidim bu gün çox yaxşı idi".

Qeyd edək ki, Ferstappen 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
qaynarinfo.az

6Mənbələr