Britaniyalıların demək olar ki, 90%-i Londonun Fələstinin dövlət kimi tanımasını dəstəkləmir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” JL Partners şirkətinin sorğusuna istinadən məlumat yayıb.
Avqustun 19-dan 31-dək 2118 nəfər arasında keçirilən ictimai rəy sorğusunda respondentlərin 87%-i Fələstin dövlətinin qeyd-şərtsiz tanınmasının əleyhinə çıxıb.
Bu yanaşmanı respondentlərin 13%-i dəstəkləyib. Hakim İşçi Partiyasının tərəfdarları arasında baş nazir Kir Starmerin bu addımını yalnız 11% bəyənib.