"Real" klubunun baş məşqçisi Xabi Alonso Madrid klubunun sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb.
Adalet.az "Opta Sport"a istinadən xəbər verir ki, komanda mütəxəssisin rəhbərliyi altında La Liqada ilk beş matçında qələbə qazanıb.
Bununla da X.Alonso Xose Kirante və Vanderley Luşemburqonun nailiyyətini təkrarlayıb. Kirantenin rəhbərliyi altında "Real" 1928/1929 mövsümündə ilk beş matçı qələbə ilə başa vurub. Luşemburqo isə bunu 2004/2005 mövsümündə reallaşdırıb.
Qeyd edək ki, Madrid təmsilçisi hazırda 15 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.