AZ

Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən dağlıq, meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfərin xilas olunması üçün müraciət daxil olub.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşlar dağdan düşürülüb və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil veriliblər.

Seçilən
11
23
operativmedia.az

10Mənbələr