"Şəki" basketbol klubu cari mövsüm üçün 7-ci legionerini transfer edib.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
Bölgə təmsilçisi Amerikalı Kenard Riçardsonla anlaşıb. Bu, 23 yaşlı basketbolçunun ilk legioner karyerası olacaq. 1.95 metr boya malik idmançı qard mövqeyində çıxış edir.