AZ

Lukaşenkodan Ermənistana qeyri dost təbriki

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Belarusla Ermənistan arasında münasibətlərin pisləşməsinə dair yeni sübutlar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus mediası yazıb.

KİV qeyd edir ki, Prezidenti Aleksandr Lukaşenko Ermənistana Müstəqillik Günü təbrikinin formatını dəyişib.

Belə ki, o mesajında rəhbərliyə deyil, “Ermənistan xalqına” salam ünvanlanıb.

Təbrik məktubunda “uzunmüddətli dostluq, ənənəvi xristian dəyərləri və ortaq tarix” qeyd edilir, lakin ölkə prezidenti və ya baş nazirinin adı çəkilmir.

Bu kommunikasiya formatı Belarus üçün 2020-ci il prezident seçkilərinin nəticələrini tanımayan dövlətlərə münasibətdə adi təcrübəyə çevrilib. Bu sxemə görə, təbrik mətnlərində ölkələrin hökumətlərinin adı çəkilmir və bütün arzular “xalq”a ünvanlanır.

Qeyd edək ki, 2023-cü ildə Lukaşenko təkcə Ermənistan Prezidenti Vaan Xaçatryana deyil, Baş nazir Nikol Paşinyana da təbrik göndərmişdi. Daha sonra münasibətlər kəskin pisləşdi.

Yanvar ayında Lukaşenko bildirmişdi ki, Paşinyan Avropa İttifaqına yaxınlaşmaqla “Ermənistanı məhvə aparır”:

Paşinyan isə Lukaşenko hakimiyyətdə olduğu müddətdə Belarusa səfər etməyəcəyini açıqlamışdı.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
globalinfo.az

2Mənbələr