AZ

Kürdəmirdə ağır qəza - Xəsarət alan var

Kürdəmirdə ağır yol qəzası olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, Shacman markalı yük maşını ilə VAZ-2107 markalı avtomobil toqquşub. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Seçilən
40
bizim.media

1Mənbələr