AZ

Bakı Şəhər Halqası marşalları rekord qıran sıralanma xaosunun qəhrəmanlarına çevrildilər (FOTO)

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisinin 2025-ci il sıralanmamərhələsi şənbə günü tarixə düşdü və bu yalnız sürücülərə görədeyildi. Bir sessiyada ümumilikdə altı dəfə qaldırılan qırmızıbayraq Formula 1 tarixində ilk dəfə baş verdi. Trasda yaşananxaosun fonunda isə diqqət mərkəzinə marşallar çıxdılar.

Trend xəbərverir ki, sürücülər poul mövqeyi uğrunda mübarizə apararkənmarşallar dəfələrlə müdaxilə edərək bolidləri trasdan çıxardılar,dağıntıları təmizlədilər və baryerləri rekord müddətdə bərpaetdilər.

Oskar Piastrinin 3-cü döngədəki qəzasından tutmuş Şarl Lekler,Niko Hülkenberq, Pyer Qasli, Franko Kolapinto və Aleks Albonuninsidentlərinə qədər marşallar dözümlülük və dəqiqliklərinin ənçətin sınağından keçdilər.

Altı dəfə dayandırılan sessiyaya baxmayaraq, marşallar hərmüdaxiləni yüksək səmərəliliklə idarə etdilər. Onlar bolidlərin tezbir zamanda trasdan uzaqlaşdırılmasını təmin etdilər, trasıtəhlükəsiz vəziyyətə gətirərək yarışın davam etməsinə şəraityaratdılar. Onların operativ reaksiyası sayəsində təxminən iki saatdavam edən sıralanma mərhələsi nəzarət altında saxlanıldı vəkomandalar poul uğrunda mübarizəni davam etdirmək imkanıqazandılar.

Ümumilikdə, marşallar zədələnmiş 6 bolidin tam bərpasını həyatakeçirdi, 1-ci, 3-cü, 4-cü və 15-ci döngələrdə baryerləri yoxlayıbbərpa etdilər və hər qırmızı bayraqdan sonra trasıntəhlükəsizliyini bərpa etmək üçün dağıntıların təmizlənməsinitəşkil etdilər.

Nəticədə poul qazanan Maks Ferstappen sıralanmanı “uzun vəxaotik” adlandırsa da, marşalların peşəkarlığı sayəsində sessiyatəhlükəsiz və ədalətli şəkildə başa çatdı.

Formula 1 Azərbaycan Qran Prisi 2025 artıq gözlənilməzhadisələri ilə tanınır. Yenə də sübut olundu ki, portağal,bənövşəyi və yaşıl geyimdə olan komanda ən çətin anlarda bu idmanınəsas dayağıdır.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Seçilən
19
6
az.trend.az

8Mənbələr