AZ

Vaxt istəyən Mourinyo niyə “Qarabağ”a borcludur?

Joze Mourinyo “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində “Benfika”nı məğlub etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yerli televiziya kanallarından birinə açıqlamasında Azərbaycan çempionunun 3:2 hesablı qələbəsini dəyərləndirib.

Maraqlıdır ki, Mourinyo cari mövsümün startında Çempionlar Liqasının pley-off mərhələsində məhz “Benfika”ya məğlubiyyətdən sonra “Fənərbağça”dan istefaya göndərilmişdi.

O, “Fənərbağça” ilə “Qarabağ” arasında müqayisə də aparıb:

“Qarabağ”ın bu qələbəsi sistemin futbolda rolunu göstərir. “Fənərbağça”da böyük büdcə ola bilər.

Ancaq sistem oturtmadığın müddətdə bunu uğura çevirmək çox çətindir. Bunun üçün isə istənilən baş məşqçiyə vaxt vermək lazımdır”.

Portuqaliya mətbuatı Mourinyonun buna görə “Qarabağ”a təşəkkür etməli olduğunu yazıb: “Çünki Azərbaycan klubunun sensasiyalı qələbəsi sayəsində Mou uzun illərdən sonra Portuqaliyada çalışmaq imkanı əldə edəcək”.

Joze Mourinyo Portuqaliyada sonuncu dəfə 2002-2004-cü illərdə “Portu”nu çalışdırıb.

Seçilən
23
sportinfo.az

1Mənbələr