Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında qəza baş verib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bolidlərdən biri səddə dəyib.
"Trident" komandasından Martinius Stenşorn uğursuzluqla üzləşib. Onun avtomobili trasdan götürülüb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq.
***11:10
Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, mübarizəyə saat 11:00-da start verilib.
Sıralama turunda ən yaxşı nəticəni "Dams Lukas Oil"dən Cek Krouford göstərib.
Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da olacaq.