AZ

Azərbaycan güləşçisi final görüşünə çıxır - Dünya çempionatı

Bu gün Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında final görüşünə çıxacaq.


Manset.az xəbər verir ki, üçqat Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı həlledici görüşdə iranlı Səid Esmaili ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvi Qənizadə (72 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.

Seçilən
8
12
manset.az

10Mənbələr