AZ

Rusiya inanılmaz taktikaya əl atdı Ukrayna çarə tapa bilmir

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Ukraynalı hərbi rəsmilər bəyan ediblər ki, son aylarda Rusiya qüvvələri yeni taktika tətbiq etməyə başlayıb: ağır “Matka” tipli PUA-lar nəzarət xəttindən xeyli kənarda uçur və partlayıcılarla yüklənmiş kiçik dronları buraxıb, Ukrayna texnikalarına hücum edir. “Matka” həm də antena rolunu oynayaraq, pilotlar arasında əlaqə yaradır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Məlumata görə, bu taktika sayəsində Rusiya qoşunları artıq artilleriya məsafəsində olsalar da, Ukrayna Silahlı Qüvvələrinin (UAF) 20 mil (32 kilometr) məsafədəki hədəflərinə daha dəqiq zərbələr endirməyə başlayıblar.

Sözügedən taktika Ukrayna ordusunu çətin vəziyyətə salıb.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr