“Avropa ölkələri Rusiya neftindən imtina etməlidirlər”.
Oxu.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, yenidən bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.
“Avropalılar Rusiyadan neft alırlar, bu olmamalıdır, düzdür? Fikrimcə, bu, çox uzun çəkməyəcək”, – deyə o vurğulayıb.
Tramp həmçinin ABŞ-nin NATO yanında daimi nümayəndəsi Mett Uitakerə müraciət edərək deyib:
“Ey Mett, onlar (Avropa ölkələri – red.) Rusiyadan neft almağı dayandırmalıdırlar. Onlarla danış, zəhmət olmasa. Mett buna daha yol verməyəcək”.