AZ

Şəhid Toğrul Əliyevin anası: "Atasını görməyən oğul qəhrəman oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV antiterror tədbirlərində igidlik göstərərək şəhid olan Toğrul Əliyev haqqında reportaj hazırlayıb.
Şəhidin anası Qızılgül Əliyeva oğlu ilə bağlı xatirələrini bölüşüb:
"Atası Toğrulu tərk edəndə 3 aylıq idi. Mən onu tək böyütmüşəm, çox çətinlik çəkmişəm. Toğrul şəhid olandan sonra sanki yetim qalmışam. Çünki onu anam və atam kimi görürdüm. Arzum odur ki, balamın 3 övladı özü kimi tərbiyəli, onun adına layiq olsunlar".
Toğrul Əliyevin həyat yoldaşı Çinarə Əliyeva isə şəhidin övladları ilə bağlı arzularından bəhs edib:
"Ən böyük arzusu uşaqlarının təhsil alaraq Vətənə faydalı olmaları idi. Böyük oğlumuzun həkim, ikincinin operator, balacanın isə Türkiyədə təhsil almasını istəyirdi. Arzu edirəm ki, övladlarımız Toğrulun xəyallarını gerçəkləşdirsinlər".
Ətraflı süjetdə:
Seçilən
8
50
oxu.az

10Mənbələr