Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq.
"Unikal" xəbər verir ki, son oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"la qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
Günün və turun son matçında isə "Sumqayıt" bu mövsüm qələbə qazana bilməyən "Neftçi"ni qəbul edəcək.