AZ

Əhmədzadənin xanımı paylaşım etdi FOTO

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin xanımı Gülsəfa Cəfərova sosial şəbəkədəki fəaliyyəti ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, A.Əhmədzadəyə qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə ittihamları irəli sürüldükdən sonra G.Cəfərova instaqram hesabında bəzi dəyişikliklər edib. O, bahalı həyat tərzini əks etdirən bir çox paylaşımlarını silib.

Bundan əlavə, Cəfərova “story” bölməsində paylaşdığı mesajlarla da izləyicilərin diqqətini çəkib. O, “Hud” sürəsinin 18-ci ayəsini paylaşaraq ədalət və haqq mövzularına toxunub.

Həmçinin, o, digər paylaşımında həyatın çətinliklərinə səbrlə yanaşmağın və Allaha güvənməyin vacibliyini vurğulayıb, çətinliklər yaşayanlara dua edib.

Həmin paylaşımı təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
3
metbuat.az

4Mənbələr