AZ

Əhmədzadənin xanımı paylaşım etdi – FOTO

Həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin xanımı Gülsəfa Cəfərova sosial şəbəkədəki fəaliyyəti ilə diqqət çəkib.

NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, A.Əhmədzadəyə qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə ittihamları irəli sürüldükdən sonra G.Cəfərova instaqram hesabında bəzi dəyişikliklər edib. O, bahalı həyat tərzini əks etdirən bir çox paylaşımlarını silib.

Bundan əlavə, Cəfərova “story” bölməsində paylaşdığı mesajlarla da izləyicilərin diqqətini çəkib. O, “Hud” sürəsinin 18-ci ayəsini paylaşaraq ədalət və haqq mövzularına toxunub.

Həmçinin, o, digər paylaşımında həyatın çətinliklərinə səbrlə yanaşmağın və Allaha güvənməyin vacibliyini vurğulayıb, çətinliklər yaşayanlara dua edib.

Həmin paylaşımı təqdim edirik.

 

Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

 

Seçilən
1
3
nocomment.az

4Mənbələr