AZ

Mingəçevirdə beynəlxalq karate turniri

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində uşaqlar, yeniyetmələr, gənclər və U21 yaş kateqoriyalarını əhatə edən “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçirilir. Bu yarış eyni zamanda 3–4 oktyabr tarixlərində baş tutacaq III Müstəqil Dövlətlər Birliyi Oyunları çərçivəsində nəzərdə tutulan karate turnirinə hazırlıq xarakteri daşıyır.

Bu mötəbər tədbirin əsas məqsədi gənc idmançıların inkişafına dəstək göstərmək, onların beynəlxalq yarışlara hazırlıq səviyyəsini qiymətləndirmək, karate idman növünün ölkəmizdə daha geniş kütlələr arasında tanıdılmasına töhfə verməkdir. Bununla yanaşı, turnir sağlam həyat tərzinin təbliğinə, gənclərin düzgün fiziki və mənəvi inkişafına, həmçinin idmana marağın artırılmasına xidmət edir.

Ülvi Quliyev Milli Məclisin deputatı

Azərbaycan Karate Federasiyasının prezidenti

Seçilən
20
sabahinfo.az

1Mənbələr