AZ

Azərbaycandakı yarışda “Formula 2″nin pilotlarına cəza verilib

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Formula 2″nin rəsmi saytı məlumat yayıb.

“Trident” komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Digər sürücü Kuş Maini (“Dams Lukas Oil”) isə Amauri Kordellə (“Rodin Motorsport”) toqquşmaya görə günahkar bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, “Formula 2″də əsas yarışa bu gün, saat 11:00-da start veriləcək.

Seçilən
9
24
nocomment.az

10Mənbələr