AZ

DƏHŞƏT: 17 nəfəri döyüb fermada qul kimi işlətdilər

Rusiya İstintaq Komitəsi Rostov vilayətində 17 nəfərin məcburi şəkildə qul kimi işlədilməsi ilə bağlı KİV və sosial şəbəkələrdə yayılan məlumatı yoxlayır. 

KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, “bir neçə nəfər, o cümlədən qeyri-slavyan görünüşlü şəxslər bir evdə 17 nəfəri yerləşdiriblər. Onların arasında yaşlılar və asоsial həyat tərzi keçirənlər də olub. Sonradan həmin şəxslər insanları məcburi şəkildə işləməyə, o cümlədən kənd təsərrüfatı işlərinə cəlb ediblər”.

İddiaya görə, intizama əməl etməyənlər, tapşırıqları yerinə yetirməyənlər və qaçmağa cəhd edənlər fiziki zorakılığa məruz qalıb.

Məlumata görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məsələni şəxsi nəzarətinə götürüb.

Seçilən
23
5
konkret.az

10Mənbələr