AZ

Bu gün Azərbaycan Qran-prisində son sessiyalar baş tutacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycan Qran-prisində son sessiyalar baş tutacaq.
Oxu.az bildirir ki, bu gün Bakıda 2 sessiyanın keçirilməsi nəzərdə tutulub.
Əvvəlcə saat 12:00-da "Formula-2" seriyasının gənc sürücüləri əsas yarışın startına çıxacaqlar. Saat 15:00-da isə dünyanın ən sürətli pilotları "Formula-1" üzrə dünya çempionatının Azərbaycan mərhələsinin qalibi adı uğrunda mübarizəyə başlayacaqlar.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi cümə günü sərbəst yürüşlərlə başlayıb, dünən baş tutan sıralanma turunda start düzümü müəyyən olunub. Tarixin ən uzunmüddətli sessiyasının nəticələrinə görə, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen Bakı yarışında pouldan start almaq hüququ əldə edib.
Fərid Novruzov
Seçilən
12
50
oxu.az

10Mənbələr