1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsində çempionatın rekordu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, tarixdə ilk dəfə sıralama sessiyası altı dəfə qırmızı bayraqlarla dayandırılıb.
Qırmızı bayraqlar Aleks Albon, Niko Hülkenberq, Franko Kolapinto, Oliver Berman, Şarl Lekler və Oskar Piastrinin iştirak etdiyi ardıcıl qəzalardan sonra görünüb.
Xatırladaq ki, dördqat dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Ferstappen Bakıda təsnifat mərhələsinin qalibi olub.