AZ

Qarabağ əzəli Azərbaycan yurdu kimi tarixi şöhrətini özünə qaytarır

2023-cü ilin 19-20 sentyabr tarixlərindəAzərbaycan Ordusu tərəfindən həyata keçirilənantiterror tədbirləri hər zaman dövlətçiliyimizişərəfləndirən hadisə kimi xatırlanacaq. Xalqımızınnövbəti tarixi zəfərinə çevrilən bu hərbi əməliyyatnəticəsində Azərbaycanın Qarabağ bölgəsindəkök salmış erməni separatizmi məhv edildi. 30 ildən artıq separatçıların nəzarətində olduğu budoğma yurd yerimizdə dövlət suverenliyimiz tambərpa olundu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bərqərar edildi.

Bu baxımdan 20 sentyabr Azərbaycan xalqı üçünəlahiddə tarixlərdən biridir. Elə buna görə də cənabPrezident İlham Əliyevin sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib. Sərəncamda qeydolunduğu kimi Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycan dövləti 2023-cü ilin 20 sentyabrındaerməni separatizmi ilə yanaşı, Ermənistana vətorpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasıxülyasını dəstəkləyən Fransaya qalib gəldi. Digərtərəfdən, Qarabağda erməni separatizminə sonqoyulması və Azərbaycanın dövlət suverenliyininbərpa edilməsi regionda sülhün təmin olunması üçünmünbit zəmin formalaşdırdı. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyüsiyasətin nəticəsi kimi elə bir reallıq yarandı ki, Ermənistanın sülh prosesindən yayınmaq, respublikamızın sülhlə bağlı şərtlərindən imtina etməkimkanları əlindən alındı.

Odur ki, Azərbaycan xalqı sentyabrın 20-ni dövlətçiliyimizin və müstəqilliyimizin tarixində əlahiddə yeri olan gün kimi qarşılayır.  

20 sentyabr tarixi respublikamızda həm dəXankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Çünki bu şəhərlər 2023-cü ilsentyabrın 20-də, antiterror tədbirlərinin nəticəsindəişğaldan və erməni separatizminin əsarətindən azadedildi.  Bu 4 şəhərin hər biri tarixi Azərbaycanyurdudur. Onların hər biri xalqımızın zəngin tarixiniyaşadan qədim irsə malikdir. 1988-ci ildən Qarabağdabaş qaldıran erməni separatçıları Xankəndi şəhəriniözlərinin məkr yuvalarına çevirmişdilər. Xocalıda isəermənilər 1992-ci ildə xalqımıza qarşı soyqırımıcinayəti törətmiş, 613 nəfər günahsız azərbaycanlınıqəddarlıqla qətlə yetirmişlər. 

Azərbaycan xalqı hər zaman inanırdı ki, Prezidentİlham Əliyevin qətiyyətli siyasəti ilə digər şəhər vərayonlarımız kimi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də işğaldan azad olunacaq, bu şəhərlərdə dərespublikamızın konstitusion hüquqları bərpaediləcək. Bu inam heç vaxt xalqımızı tərk etmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilinantiterror tədbirlərinin nəticəsi olaraq xalqımızın buinamını da reallığa çevirdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərnin işğaldan azad olunması ilə hələ Birinci Qarabağ müharibəsində şəhid olmuş bütün hərbçilərimizin və ermənilərinXocalıda qətlə yetirdiyi dinc vətəndaşlarımızın qisası alındı.  

2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması böyük tarixi hadisələrkimi hər birimizə sonsuz qürur və fəxarət hissiyaşatdı. 2023-cü il noyabrın 8-də Xankəndişəhərində keçirilən Zəfər paradında çıxışındacənab Prezident İlham Əliyev bu barədə deyib: «Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün».

2020-ci ilin payızından işğaldan azad edilmişərazilərimizdə başlayan bərpa və quruculuq işləri bugün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərini, o cümlədən Xocalı, Xocavənd və Ağdərərayonlarının qəsəbə və kəndlərini də əhatə edir. ArtıqXocalı şəhərinə, habelə Xocalı rayonunun Təzəbinə,Ballıca, Xanyurdu, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli kəndlərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, Sos kəndinə keçmiş məcburiköçkünlərin qayıdışı təmin edilib. Böyük Qayıdışınreallaşdığı bu şəhər və kəndlərin hər birindəsakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb.

Qarabağdakı bərpa və quruculuğun möhtəşəmünvanlarından biri də Xankəndi şəhəridir. Öncə onuqeyd edim ki, bir vaxtlar Xankəndidə separatçı rejimtərəfindən inşa edilən və şəhərin ümumiarxitekturasını pozan binaların hamısı sökülüb. İndiXankəndi tarixi görkəmini özünə qaytarır, Azərbaycanşəhəri kimi yenidən yüksəlir. 2023-cü ildə Zəfərparadının keçirildiyi Xankəndi bu gün mötəbərbeynəlxalq siyasi tədbirlərə, idman yarışlarınaevsahibliyi edir. Ötən ildən fəaliyyət göstərənQarabağ Uniyversiteti isə tələbələrin böyük həvəsləüz tutduqları ali təhsil müəssisəsidir.

Xankəndidə Biznes Mərkəzinin, Konqres Mərkəzinin, “Bulud”,  “Qarabağ”, “Palace” hotellərinin, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyətə başlaması şəhərin sürətli yüksəlişini özündə əks etdirən quruculuq nümunələridir. 

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin bərpası həm də Prezident İlham Əliyevinquruculuq əzminin, Azərbaycanın qüdrətininnümayişidir. Bu əzmin və qüdrətin sayəsində sürətlə yenidən qurulan Qarabağ əzəli Azərbaycan yurdukimi tarixi şöhrətini özünə qaytarır.

Xanlar FətiyevMilli Məclisin deputatı

Seçilən
9
6
missiya.az

7Mənbələr