AZ

Makron BMT Baş Assambleyasının sessiyasında bəzi ölkələri Fələstinin tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 80-ci sessiyasında bir sıra ölkələri Fələstinin dövlət kimi tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iclasda Avstraliya, Andorra, Belçika, Böyük Britaniya, Kanada, Lüksemburq, Malta, Portuqaliya və Fransa Fələstini dövlət kimi tanıdıqlarını elan edəcəklər.

Nəşr qeyd edir ki, bu addım Paris üçün "diplomatik qələbə" hesab olunacaq, eyni zamanda İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzza zolağında hərbi əməliyyatı dayandırmağa inandırmaq məqsədi daşıyır.

Seçilən
55
2
apa.az

3Mənbələr