AZ

Tramp Avropanı Rusiyadan neft almağı dayandırmağı tələb edib

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp yenidən Avropa ölkələrindən Rusiyadan neft almağı dayandırmağı tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Tramp Virciniya ştatındakı çıxışı zamanı bildirib.

O, bu təcrübənin davam etməməli olduğunu və tezliklə bitəcəyini deyib: “Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir, elə deyilmi?”.

Bundan əlavə, Ağ Ev rəhbəri Moskva ilə Kiyev arasındakı münaqişəyə yenidən toxunub. Tramp Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu da qeyd edib.

Seçilən
28
8
azertag.az

9Mənbələr