AZ

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 sentyabr, AZƏRTAC

Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birdir və öz ölkələrinin suverenliyini müdafiə etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Prezident Nikolas Maduro “Venezolana de Televisión” telekanalında deyib.

"Amerika imperiyası Simon Bolivarın vətənini təhdid edir. Biz Venesuela xalqının suverenliyinə, sülhə, yaşamaq və işləmək hüququna zəmanət vermək üçün həmişəkindən daha çox birləşmişik", - deyə dövlət başçısı bəyan edib. O, Vaşinqtonu təhdidlərə son qoymağa çağırıb və Venesuelanın “azad və suveren ölkə” olaraq qalacağını vurğulayıb.

Venesuela lideri dəfələrlə bəyan edib ki, ölkə son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
3
azertag.az

6Mənbələr