Bakı. Trend:
İngiltərə Premyer Liqasının V turu çərçivəsində bir sıraqarşılaşmalar keçirilib.
Trend-inməlumatına görə, günün ilk matçında “Liverpul” evdə “Everton”u 2:1hesabı ilə məğlub edib. “Enfild”də keçirilən görüşdə hesabı 10-cudəqiqədə Rayn Qravenberx açıb, 29-cu dəqiqədə Yuqo Ekitikefərqlənib. Qonaqların yeganə qolunu 58-ci dəqiqədə İdris Quyevurub. Bu nəticədən sonra “Liverpul” 15 xalla turnir cədvəlinin1-ci pilləsindədir, “Everton” isə 7 xalla 7-ci yerdəqərarlaşıb.
Üçüncü pillədəki “Tottenhem” səfərdə “Brayton”la 2:2 hesablıheç-heçə edib. “Vest Hem” evdə “Kristal Pelas”a 1:2 hesabı iləuduzub və autsayderlər qrupunda möhkəmlənib. “Vulverhempton” isə“Lids”i qəbul edib və 1:3 hesabı ilə məğlub olub;
“Bernli” ilə “Nottingem Forest” arasında keçirilən oyun 1:1hesablı heç-heçə ilə başa çatıb.
“Mançester Yunayted” gərgin keçən görüşdə “Çelsi”ni 2:1 hesabıilə məğlub edib. Oyunun əvvəlində “Çelsi”nin qapıçısı, birincihissənin sonunda isə “Mançester Yunayted”in oyunçusu meydandançıxarılıb.
Turun digər qarşılaşmasında “Fulhem” səfərdə “Brentford”u 3:1hesabı ilə məğlub edib və 8 xalla 7-ci pilləyə yüksəlib.
16:30. “Liverpul” – “Everton” - 2:1
18:00. “Brayton” - “Tottenhem” - 2:2
18:00. “Bernli” – “Nottingem Forest” - 1:1
18:00. “Vest Hem” – “Kristal Pelas” - 1:2
18:00. “Vulverhempton” – “Lids” - 1:3
20:30. “Mançester Yunayted” – “Çelsi” - 2:1
23:00. “Fulhem” – “Brentford” - 3:1