AZ

Federer kinoda Ceyms Bondu oynaya biləcək tennisçilərin adlarını çəkib

20-qat "Böyük Dəbilqə" çempionu və dünyanın keçmiş birinci raketkası, isveçrəli tennisçi Rocer Federer "Leyver Kuboku"nun iştirakçılarından hansının Ceyms Bondu oynaya biləcəyi barədə sualı cavablandırıb.

İdman.biz bildirir ki, bu il "Leyver Kuboku" ABŞ-ın San-Fransisko şəhərində keçirilir. Avropa komandası hazırda ilk oyun günündən sonra Dünya yığması ilə oyunda 3-1 hesabı ilə irəlidədir. Turnir sentyabrın 21-dək davam edəcək.

"Mən Dünya komandasından Aleks de Minoru seçərdim... Bir az da Avstraliya ləhcəsi əlavə edək. Düşünürəm ki, o, meydançada ciddi simasını saxlamağa çalışır. Avropadan isə Kobolli və ya Ruud deyərdim. Mən özüm Bondu oynaya bilərdimmi? Xeyr, bu İsveçrə ləhcəsi qətiyyən uyğun gəlmir", - Federer deyib.

İdman.biz

Seçilən
37
1
idman.biz

2Mənbələr