ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
London, 21 sentyabr, AZƏRTAC
Mindən çox miqrant kiçik qayıqlarla La-Manş boğazını keçərək Britaniyaya gəlib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 13 qayıq vasitəsilə 1072 nəfər sahilə çatıb. Bu, cari ildə üçüncü dəfədir ki, bir gündə keçid edənlərin sayı mini ötür.
Beləliklə, 2025-ci ilin əvvəlindən bu günə qədər La-Manşdan keçənlərin ümumi sayı 32 min 103 nəfərə yüksəlib. Bu göstərici ilin indiki dövrü üçün rekord sayılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.