AZ

ABŞ olmasa, Avropa bunu edə bilməyəcək Söder

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa dövlətləri ABŞ olmadan Ukraynada atəşkəsi təmin edə bilməyəcək və alman qoşunlarının Ukraynada mümkün sülhməramlı missiyasında iştirakı gündəmdə deyil.

Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Xristian Sosial Birliyinin (CSU) sədri Markus Söder deyib.

Söderin fikrincə, Ukraynaya maddi və maliyyə dəstəyi vermək daha məqsədəuyğundur:

“Rusiya Ukraynada NATO qoşunlarının mövcudluğunu nəzərdə tutan heç bir kompromisi qəbul etməyəcək. Buna görə də Almaniyanın iştirakından söhbət belə gedə bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
axar.az

4Mənbələr