AZ

Ülvi Qənizadə ikinci dəfə dünya çempionu oldu

Bakı. Trend:

72 kq çəki dərəcəsində finalda Fransa güləşçisi İbrahim Qanemə4:2 hesabı ilə qalib gələn 26 yaşlı Ülvi Qənizadə yunan-Roma güləşiüzrə növbəti dəfə dünya çempionu titulunu əldə edib.

Trend-inməlumatına görə, Ülvi Qənizadə ardıcıl ikinci dəfə Qanemi finaldaməğlub edib. Keçən il Tiranada keçirilən dünya çempionatında dagüləşçimiz fransalı rəqibini final döyüşündə üstələyib.

Qeyd edək ki, İbrahim Qanem 2022-ci il dünya çempionatında dagümüş medal qazanıb. Həmin yarışda Belqradda Ülvi finalda ev sahibiƏli Arsalana uduzmuş, bəzi ekspertlər güləşçimizə qarşıədalətsizlik edildiyini və qızıl medalı “oğurlandığını”vurğulamışdılar.

Ülvi Qənizadə həmçinin 2023-cü ilin Avropa Çempionudur.

Seçilən
19
3
az.trend.az

4Mənbələr