AZ

Naxçıvandakı avtobus qəzasında yaralanan 17 nəfər xəstəxanaya müraciət edib VİDEO

Naxçıvan, 20 sentyabr, AZƏRTAC

Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib. Onlar təcili tibbi yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Fuad Rzayev deyib. Həkim qeyd edib ki, xəsarətlər əsasən bud-çanaq sınıqları və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir.

Qeyd edək ki, bu gün günorta saatlarında Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Seçilən
29
11
azertag.az

10Mənbələr