AZ

Adil Şükürov "Kəpəz"dən gedir!

Misli Premyer Liqasının 5-ci turu üzrə "Qəbələ"yə qarşı oyundan (3:0) sonra "Kəpəz"in baş məşqçisi Adil Şükürov mətbuat konfransında iştirak edib. 

Milli.Az xəbər verir ki, o, əvvəlcə oyun barəəd fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb. A.Şükürov sonda "istefaya göndərilməyiniz nə dərəcədə realdır?" sualına "Realdır. Yəqin ki, sağollaşacağıq" sözləri ilə cavab verib. 

Mətbuat konfransını təqdim edirik:

- "Qəbələ"ni təbrik edirəm. Onlar düşən bütün imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq, istədiklərimizi edə bilmirik. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik. Futbolçularla yenə də danışacağıq. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Bu da bütün matçlarda məğlubiyyətimizə səbəb olur".

- Nəyə görə azarkeşlərlə münasibətiniz yaxşı deyil?

- Mən belə deməzdim. Burada oynadığım vaxt bizim başımıza çox oyun gətirmişdilər. Hətta bizi zəhərləmişdilər  "Kəpəz" mənə çox əzizdir. Ona görə də, kimsə nəsə deyəndə, mənə çox pis təsir edir. Elə adamlar var ki, heç "Kəpəz"in tarixindən xəbəri yoxdur. Futbolçular təzyiqə tab gətirə bilmirlər. 

- Azarkeşin üzərinə niyə getdiniz?

- Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil.

- Niyə hər mövsüm "Kəpəz"də bu cür vəziyyət yaranır?

- Mənim üçün də maraqlıdır. Burada başqa maraqlar ola bilər. 

- Tunelin sonunda işıq görürsüz?

- Çətin sualdır, cavabım yoxdur.

- Ötən mövsüm Azər Bağırov "Kəpəz"dən göz yaşları ilə ayrılmışdı. Ondan halallıq almışdız?

- "CBC Sport"da Azər Bağırovun qonaq olduğu verilişə baxdım. Heç kəs hara, necə gəldiyini unutmasın.

- İstefaya göndərilməyiniz nə dərəcədə realdır?

- Realdır. Yəqin ki, sağollaşacağıq (Sportal.az).

Milli.Az

Seçilən
24
10
milli.az

10Mənbələr