AZ

Fərid Qayıbov Gürcüstanın idman naziri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Gürcüstanın idman naziri Şalva Qoqoladze ilə görüşüb.

Hafta.az bildirir ki, görüşdə Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər birgə layihələrin icrası, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Seçilən
18
2
hafta.az

3Mənbələr