AZ

Goranboyda daha bir ailə FACİƏSİ

Goranboyda iki uşaq anası öldürülüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Hazırəhmədli kənd sakini 36 yaşlı İlhamə Əliyeva kəsici-deşici alətlə qətlə yetirilib. 

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni onun 38 yaşlı həyat yoldaşı Maşallah Əliyevin törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

Bildirilir ki, onların iki övladı var. Hadisə uşaqların evdə olduğu zaman baş verib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Xatırladaq ki, bu gün Goranboyda daha bir bıçaqlanma hadisəsi törədilib. Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, Goranboy şəhər sakini 1987-ci il təvəllüdlü Babakişi Abdullayev saxlanılıb.

Seçilən
25
2
manset.az

3Mənbələr