AZ

Goranboyda ər arvadını öldürdü - YENİLƏNDİ

Goranboy rayonunda 38 yaşlı Maşallah Əliyevin həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirməsinin bəzi detallar məlum olub.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisəni törədən şəxsin anası Bülbül Əliyeva bildirib ki, oğlu həyat yoldaşı İlhamə Tağıyevanın başqa şəxslərlə yazışdığını aşkar edib:

“Bir ay əvvəl oğlum gəlinin başqa şəxslərlə danışdığını öyrənib. Oğlum bunu tutandan sonra gəlinin ata-anasına xəbər verdi, onlar da qızlarını aparıb. Daha sonra qızın xalası xahiş elədi ki, 3 uşağın xətrinə bağışlasın. Oğlum da bağışladı, gəlin evə qaytarıldı. Amma dünən gecə oğlum yenidən yazışmaları tutub”.

Bülbül Əliyeva deyib ki, hadisədən ailə üzvləri toyda xəbər tutublar:

“Bu gün qardaşım oğlunun toyu idi. Toyda xəbər gəldi ki, oğlum arvadını bıçaqlayıb. Evə gələndə gəlinimin artıq öldüyünü gördük. Polis də hadisə yerinə gəldi. Mən hər şeyi gəlinin atasına olduğu kimi danışdım”.

Onun sözlərinə görə, İlhamə Tağıyeva iki nəfərlə yazışırmış:

“Oğlum gəlinin telefonunda biri bacım oğlu, digəri isə qonşu kənddən olan bir şəxslə yazışmalarını və səs yazılarını tutub. Oğlum bu məsələni namusuna sığışdırmayıb və hadisəni törədib”.

Məlumata görə, cütlüyün 2 oğlu və 1 qızı var. Hadisə baş verən zaman ər-arvad evdə tək olublar.

***

Goranboyda iki uşaq anası öldürülüb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Hazırəhmədli kənd sakini 36 yaşlı İlhamə Əliyeva kəsici-deşici alətlə qətlə yetirilib. 

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni onun 38 yaşlı həyat yoldaşı Maşallah Əliyevin törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

Bildirilir ki, onların iki övladı var. Hadisə uşaqların evdə olduğu zaman baş verib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Xatırladaq ki, bu gün Goranboyda daha bir bıçaqlanma hadisəsi törədilib. Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, Goranboy şəhər sakini 1987-ci il təvəllüdlü Babakişi Abdullayev saxlanılıb.

Seçilən
114
2
news24.az

3Mənbələr