AZ

Ronaldinyo “Qızıl top – 2025” mükafatını təqdim edəcək

“Barselona”, PSJ, “Milan” və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo bu ilin ən yaxşı oyunçusuna təqdim olunacaq

90deqiqe.Az-ın "COPE"yə istinadən məlumatına görə, “Qızıl top – 2025” mükafatını sahibinə verəcək. Təqdimat mərasimi sentyabrın 22-də Parisdə, Şatle teatrında baş tutacaq. 

Mənbənin məlumatına görə, “France Football” nəşri bu seçimlə Ronaldinyonun “Qızıl top”u qazanmasının 20 illiyini qeyd etmək istəyib.

Qeyd edək ki, dördüncü dəfədir ki, mükafat ilin təqvim tarixinə deyil, mövsümün nəticələrinə əsasən təqdim ediləcək (1 avqust 2024 – 13 iyul 2025).

Mərasimdə həmçinin qadınlar arasında “Qızıl top”, 21 yaşadək ən yaxşı oyunçuya “Kopa” mükafatı, ən yaxşı qapıçıya Lev Yaşin adına mükafat, ən məhsuldar oyunçuya isə Gerd Müller kuboku və digər mükafatlar təqdim olunacaq.

Seçilən
47
90deqiqe.az

1Mənbələr